Çərşənbə axşamı, 30 Aprel

"Azərbaycanda əksər avtomobillər ucuzlaşacaq" - EKSPERT

image

Nazirlər Kabinetinin məlum qərarından sonra artıq “Toyota Prius” avtomobillərinin kütləvi satışı başlayıb.

Xəbər verilir ki, bu barədə sosial şəbəkələrdə,  elan saytlarında çoxsaylı elanlar yerləşdirilib. Belə ki, istehsal ili 15 ildən yuxarı olan sözügedən model avtomobillər taksi park sahibləri tərəfindən satışa buraxılıb. Həm də, bu avtomobillər əvvəllər 13-14 minə təklif olunurdusa, artıq yeni qərardan sonra qiymətlər demək olar ki, yarıbayarı düşüb.

Bununla bağlı ortaya çıxan mövzulardan biri də həm yanacaq sərfiyyatı əlverişli olan, həm də komfort sayılan “Prius”ların ucuzlaşmasının digər avtomobillərin qiymətinə təsir etməsidir.

Avtomobil bazarı araşdırmaçısı Sərxan Qədirov açıqlamasında bildirib ki, digər model avtomobillərin ucuzlaşması da qaçılmazdır:

“Məndə olan məlumatlara görə, artıq “Prius”lar 7, 8 minə, hətta ondan da aşağı qiymətə satışa çıxarılır. Ancaq verilən qərarla bağlı tədbir görüləcək ya yox sahibkarlar bunu düşünmür. Çünki bu model avtomobillərin əksəriyyəti ölkəyə taksi fəaliyyəti ilə məşğul olmaq üçün gətirilmişdi. Onlar daha çox biznesmenlər tərəfindən toplu halda gətirilir və arendaya verilirdi. Sahibkarlar bu neçə ildə o maşınların pulunu 2-3 dəfə artıqlaması ilə çıxarıblar. İndi onlar üçün yüksək qiymət əhəmiyyət kəsb etmir. Əsas məsələ odur ki, əldə olan maşınlar satılsın və avtopark yenilənsin.

Digər avtomobillərin qiymətinə gəlincə, böyük ehtimal ucuzlaşma olacaq. Çünki təsəvvür edin, cibinizdə 7-8 min manatla bazara gedib maşın almaq istəyirsiniz. Bu pulu köhnə avtomobillərə vermək uyğundur, yoxsa heç olmasa 2006, 2007-ci illərin komfortlu maşınına? Araşdırmışam ki, ehtiyat hissələrin ucuzluğuna görə də “Prius”lar öndə gedən modellərdən biridir. Bu cəhətdən düşünürəm ki, əksər avtomobillərin ucuzlaşması qaçılmazdır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən taksi fəaliyyəti ilə məşğul olan avtomobillər yalnız ağ və qırmızı rənglərdə olmalıdır. Həmçinin istehsal ili 15 ili ötən maşınların taksi fəaliyyəti ilə məşğul olmasına icazə verilməyəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42